Xəzər Xəbər

Pakistanda baş vermiş terror iki nəfərin həyatına son qoyub

Dünya | 09:38 • 24 İyul 2019
Pakistanda baş vermiş terror iki nəfərin həyatına son qoyub

Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində bomba partlayışı nəticəsində iki nəfər ölüb, 16 nəfər isə yaralanıb.


AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, terrorçular bombanı motosikldə quraşdıraraq ərazidə yerləşən apteklərdən birinin kənarına qoyub.


Hazırda hadisənin səbəbləri araşdırılır.


Partlayışa görə məsuliyyəti hələ ki, heç bir qruplaşma üzərinə götürməyib.

Xəbər lenti