Xəzər Xəbər

Putin və Lukaşenko qeyri-rəsmi görüşəcəklər

Dünya | 15:31 • 15 İyul 2019
Putin və Lukaşenko qeyri-rəsmi görüşəcəklər

Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko arasında qeyri-rəsmi görüş baş tutacaq.


Xezerxeber.az-a TASS-a istinadən xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.


İki ölkə lideri arasında görüş iyulun 17-də Sankt-Peterburqda keçiriləcək. İyulun 18-də isə V.Putin və A.Lukaşenko Rusiya və Belarus regionlarının forumu çərçivəsində keçirilən plenar sessiyada iştirak edəcəklər.


Qeyd edək ki, Rusiya və Belarus regionlarının VI forumu iyulun 16-dan 18-dək davam edəcək.

Xəbər lenti

Çox oxunanlar