Xəzər Xəbər

Çində leysan yağışları səbəbindən 77 min nəfər təxliyə edilib

Dünya | 13:03 • 10 İyul 2019
Çində leysan yağışları səbəbindən 77 min nəfər təxliyə edilib

Çinin Çjeszyan, Tszyansi, Hunan, Sıçuan, Quyçjou əyalətlərində, həmçinin Çunsin şəhərində və Quansi-Çjuan muxtar rayonunda leysan yağışları səbəbindən 77 min nəfər təxliyə edilib.


Xezerxeber.az xəbər verir ki, bu barədə ÇXR Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.


Leysan yağışları 1,6 milyon sakinin normal həyatını pozub, 77 min nəfər isə təxliyə edilib. Bundan əlavə, 1,6 min ev dağılıb, 7,9 min bina isə zədələnib. Təbii fəlakətin ölkəyə vurduğu zərər 2,69 milyard yuan (təxminən 390,66 milyon dollar) həcmində qiymətləndirilir.


Meteoroloqların məlumatına əsasən, iyulun 10-da Quyçjou, Quansi, Hunan, Tszyansi, Çjeszyan və Fuszyan əyalətlərində leysan yağışları davam edəcək.

Xəbər lenti

Çox oxunanlar