Xəzər Xəbər

Lampeduza adasına xeyli sayda miqrant gəlib

Dünya | 09:41 • 10 İyul 2019
Lampeduza adasına xeyli sayda miqrant gəlib

Son iki gün ərzində İtaliyanın Lampeduza adasında xeyli sayda miqrant gəlib.


İyulun 9-da sahildən təxminən bir mil aralıda içərisində miqrantların olduğu kiçik qayıq saxlanılıb. Qayıqdakı 19 miqrantın hamısı Tunis vətəndaşlarıdır. Onlar adadakı miqrant qəbulu mərkəzinə göndərilib. Daha 10 miqrant isə iyulun 8-də saxlanılıb.


Qeyd edək ki, bir müddət əvvəl Almaniyanın "Alan Kurdi” xilasedici gəmisi ilə Maltaya gətirilən 65 miqrant Aİ-nin müxtəlif ölkələrinə paylanılacaq. (AZƏRTAC)

Xəbər lenti