Xəzər Xəbər

"Deutsche Bank" 18 min işçini ixtisara salacaq

Dünya | 13:56 • 8 İyul 2019
"Deutsche Bank" 18 min işçini ixtisara salacaq

"Deutsche Bank" genişmiqyaslı yenidənqurma işləri çərçivəsində təxminən 18 min işçini ixtisara salacaq.

Nəzərdə tutulan dəyişikliklər 2022-ci ilin sonuna qədər baş verəcək.

Onlar "Deutsche Bank" üçün 7,4 milyard avroya başa gələcək.

Qeyd edək ki, "Deutsche Bank" Almaniyan ən iri bankı hesab olunur. Bankın 70-dən çox ölkədə ofisləri var.

Xəbər lenti