Xəzər Xəbər

10 gün sonra DÜNYANIN GÖZLƏDİYİ HADİSƏ gerçəkləşəcək - FOTO

Dünya | 12:20 • 1 İyul 2019
10 gün sonra

"1 həftə, 10 gün sonra S-400-lərin ilk seriyası ölkəmizə enəcək”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan alınan S-400 zenit raket kompleksinin tədarükü ilə bağlı danışarkən deyib.

Ərdoğan bildirib ki, bütün hazırlıqlar və tədbirlər tamamlanıb: "Bunu Trampa açıq şəkildə söylədim. Cənab Putin də söylədi: "Bir S-400 üç "Partiot”a bərabərdir”.

Türkiyə prezidenti qeyd edib ki, şərtlər uyğun olsa, ABŞ-dan "Patriot”hava hücumundan müdafiə sistemləri də alına bilər:

"Texnoloji baxımdan bir S-400 üç "Patriot”a bərabərdir. Buna rəğmən, şərtlərə baxacağıq. Əgər şərtlər S-400-lə belə eyni olsa, "Patriot” alarıq. Amma bərabər olmasa, mənfəətimizi düşünəcəyik. Kredit, ortaq istehsal və qiymət kimi bir çox məsələlər müzakirə olunur”./publika.az

Xəbər lenti

Çox oxunanlar