Xəzər Xəbər

Rusiyalı general: Türkiyə İdlibdə aktivdir

Dünya | 17:06 • 27 İyun 2019
Rusiyalı general: Türkiyə İdlibdə aktivdir

Türkiyə İdlibdə atəşkəsin qorunması üçün aktiv şəkildə tədbirlər görür.

"Sputnik Türkiyə”nin məlumatına görə, bu sözləri Suriyada Tərəflərin barışdırılması üzrə Mərkəzin rəhbəri general-mayor Aleksey Bakin deyib.

"Türk həmkarlarımızın İdlibdə atəşkəs rejiminin qorunması ilə bağlı aktiv hərəkət etdiyini görürük”, - A.Bakin bildirib.

General-mayor onu da vurğulayıb ki, tərəflər (Rusiya, Türkiyə və İran – red.) daimtəmasda olaraq Astana formatındakı razılaşmalar çərçivəsində hərəkət edirlər.

Qeyd edək ki, İdlibdə gərginliyin azaldılması, regionda təhlükəsiz bölgənin yaradılması ilə bağlı Türkiyə, Rusiya və İran Astana formatı çərçivəsində danışıqlar aparır.

Xəbər lenti