Xəzər Xəbər

Amerika bazasına raket zərbələri endirildi – Paytaxtda şok olay

Dünya | 12:17 • 18 İyun 2019
Amerika bazasına raket zərbələri endirildi

İraqın paytaxtı Bağdadda yerləşən Əl-Tacu hərbi düşərgəyə raket zərbəsi endirilib.

ABŞ hərbçilərinin qaldığı düşərgəyə 3 "Katyuşa” raketi atılıb.

İraq hökuməti adından yayılan açıqlamada olayla bağlı əlavə məlumat verilməyib. Olayın məsuliyyətini üzərinə götürən olmayıb.

Bağdadın 85 kilometrliyində yerləşən və ABŞ hərbçilərinin qaldığı düşərgədə bir hərbi hava limanı və bir baza yerləşir.

Bağdadın mərkəzində ABŞ səfirliyi yaxınlığındakı bir evə də bir neçə gün əvvəl raket zərbəsi endirilmişdi./teleqraf

Xəbər lenti