Böyük Britaniyanın baş naziri Tereza Mey bu gün rəsmi olaraq Mühafizəkarlar Partiyasının sədrliyindən gedir.
APA-nın yerli bürosunun verdiyi məlumata görə, baş nazir Tereza Mey mayın 24-də "Brexit”i icra edə bilmədiyi üçün istefa verib. O, yeni sədr seçilənə qədər baş nazir postunda qalacaq.
Yeni liderin seçimi isə 6 həftəyə qədər çəkəcək. Hazırda Mühafizəkarlar Partiyasının sədrliyi üçün 11 namizəd var. Namizədlik üçün son müraciət tarixi iyunun 10-dur. İyunun 18, 19 və 20-də gizli səsvermə keçiriləcək. Yeni partiya sədrinin adının təxminən iyulun 22-də açıqlanması gözlənilir. Seçilən şəxs həm də Britaniyanın baş naziri postuna yiyələnəcək.