Xəzər Xəbər

“Milli Cəbhə” lideri Makrondan parlamenti buraxmağı tələb etdi

Dünya | 10:52 • 27 May 2019
“Milli Cəbhə” lideri Makrondan parlamenti buraxmağı tələb etdi

Fransanın sağçı "Milli Cəbhə” partiyasının lideri Marin Le Pen prezident Emmanuel Makrondan Milli Məclisin (parlament) buraxılmasını tələb edib.

XəzərXəbər xəbər verir ki, bu haqda "Franceinfo” nəşri bildirib.

Beləliklə, o, Avropa Parlamentinə seçkilərdə "ekzit-poll”un məlumatlarını şərh edib.

"Emmanuel Makronun Milli Məclisi buraxmaqdan başqa seçimi yoxdur”, - o deyib.

Qeyd edək ki, mayın 26-da Avropa İttifaqı ölkələrində Avropa Parlamentinə seçkilər keçirilib. "Eksit-poll”un son məlumatlarına görə, "Milli Cəbhə” Fransada Avropa Parlamentinə seçkilərdə 24,2 faiz səslə liderlik edir.

Emmanuel Makronun "İrəliləyən Respublika" partiyası (22,4) ikinci, "Yaşıllar" partiyası (12,7) üçüncü, Respublikaçılar partiyası (8,3) dördüncü yerdə gəlir.

Avropanın 28 ölkəsindən seçilən 751 deputatdan 74-ü Fransanın payına düşür./publika.az

Xəbər lenti