Xəzər Xəbər

“Mahaçqala-Bakı” gecə ekspresi 2019-cu ilin payızında istifadəyə veriləcək

Dünya | 18:08 • 25 May 2019
“Mahaçqala-Bakı” gecə ekspresi 2019-cu ilin payızında istifadəyə veriləcək

"Mahaçqala-Bakı” gecə ekspresi 2019-cu ilin payızında istifadəyə veriləcək.


AZƏRTAC xəbər verir ki, Şimali Qafqaz Dəmir Yolunun rəisi Vladimir Pyastolov bunu Dağıstanın rəhbəri Vladimir Vasilyevlə görüşdə bildirib.


V.Pyastolov deyib: "Bu il Bakıya gedən qatarların hərəkət cədvəli tamamilə yenilənəcək. Biz payızda "Mahaçqala-Bakı gecə ekspresi” adlı beynəlxalq marşrut açılması barədə razılığa gəlmişik. Bu marşrutda yeni, rahat yataq vaqonları və əlverişli hərəkət cədvəli tətbiq ediləcək. Biz respublika sakinlərinin, məsələn axşam saat 20:00-da Mahaçqalada rahat vaqonlara minərək təqribən saat 7:00-da Bakıya çatmaları üçün şərait yaradacağıq”.

Xəbər lenti

Çox oxunanlar