Xəzər Xəbər

Latviyada Avropa Parlamentinə ilkin seçkilər keçirilir

Dünya | 14:17 • 23 May 2019
Latviyada Avropa Parlamentinə ilkin seçkilər keçirilir

Latviyada Avropa Parlamentinə ilkin seçkilər keçirilir.


AZƏRTAC xəbər verir ki, mayın 22-də axşam saat 17.00-dan başlanan səsvermədə bu dəqiqələrə olan məlumata görə seçicilərin 2,6 faizi iştirak edib.


Lakin Mərkəzi Seçki Komissiyasının sistemində baş verən texniki nasazlıq səbəbindən səsvermə prosesi ləngiməyə başlayıb. Bununla bağlı olaraq Latviya MSK-sı seçicilərə yalnız qeydiyyata alındıqları məntəqələrdə səs verməyi tövsiyə edib. Sistemdəki nasazlıq gecə həyata keçirilmiş yeniləmə prosesindən sonra yaranıb.


Səsvermə sabah da saat 10-dan 16-dək davam edəcək. Son nəticələr isə mayın 25-də keçiriləcək yekun səsvermədən sonra bəlli olacaq.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar