Xəzər Xəbər

Yunanıstan Prezidenti Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına təəssüflənir

Dünya | 09:00 • 22 May 2019
Yunanıstan Prezidenti Böyük Britaniyanın Avropa İttifaqından çıxmasına təəssüflənir
Yunanıstan Prezidenti Prokopis Pavlopulos Avropa İttifaqının Brexit üzrə baş təmsilçisi ilə görüşündə bildirib ki, rəsmi Afina Böyük Britaniyanı Avropa İttifaqı daxilində görmək istəyir. O qeyd edib ki, rəsmi Londonun qərarı xalqın iradəsini əks etdirsə də, Yunanıstan çox istərdi ki, Böyük Britaniya qərarını dəyişsin. Dövlət başçısı vurğulayıb ki, bu, ölkəsinin və şəxsən özünün rəsmi mövqeyidir.

Xəbər lenti