Xəzər Xəbər

Almaniyada “polisləri” mühakimə edirlər

Dünya | 11:50 • 21 May 2019
Almaniyada “polisləri” mühakimə edirlər

Qərbi Almaniyanın Vuppertal şəhərinin məhkəməsi qondarma "Şəriət polisi” dəstəsinin üzvləri olan yeddi kişi barəsində işə yenidən baxır.


AZƏRTAC xəbər verir ki, müttəhimlər kürsüsündə əyləşənlər şəhər sakinlərindən pul qoparmaqda və hakimiyyət orqanlarının müvafiq icazəsi olmadığı halda uniforma geyinməkdə ittiham edilirlər.


Beş il bundan əvvəl həmin qruplaşmanın üzvləri üzərində "Şəriət polisi” yazılmış parlaq uniforma geyinərək əyləncə müəssisələrinin qarşısına gedir, oradakı gənclərə (əsasən müsəlmanlara) yaxınlaşaraq onlardan içkiyə meyl etməkdən çəkinməyi, əyyaşlığa uymamağı və qumar oyunları kimi günah işlətməməyi tələb edirdilər.


2016-cı ildə bu şəxslərə bir dəfə bəraət verilib, lakin yuxarı instansiya məhkəməsi aşağı səviyyəli məhkəmənin qərarını ləğv edib və bunu belə əsaslandırıb ki, hakimlər uniformanın qorxuducu təsirini nəzərə almayıblar. Bu halda yuxarı instansiya məhkəməsi onların geyimləri üzərində "Şəriət polisi” sözləri yazılmasını nəzərdə tuturdu.


İndi bu uğursuz "polisləri” həbsxanada iki ilə qədər "təcrübə keçmək imkanı” gözləyir.

Xəbər lenti

Çox oxunanlar