Xəzər Xəbər

ABŞ “Huawei”-lə bağlı qərarını dəyişə bilər

Dünya | 12:09 • 18 May 2019
ABŞ “Huawei”-lə bağlı qərarını dəyişə bilər

Vaşinqton Çinin "Huawei” telekommunikasiya şirkətinə qarşı bəzi məhdudiyyətlərin qoyulmasını təxirə sala bilər.

"Reuters”-in məlumatına əsasən, bu barədə ABŞ Ticarət Nazirliyinin rəsmi nümayəndəsi bildirib.

Nümayəndə qeyd edib ki, təxirəsalınma məhdudiyyətlər tətbiq olunmağa başladıqdan sonra bağlanmış sazişlərə şamil edilmir. 90 günlük müvəqqəti lisenziyalar "Huawei”-lə işgüzar münasibətdə olan şəxs və ya şirkətlərə, onların avadanlıqları və şəbəkələrinin təhlükəsizliyini təmin etmək üçün verilə bilər.

Xəbər lenti