Filippinin Kanadadakı səfiri və konsulları geri çağırılıb.
Bu barədə Filippinin Xarici İşlər naziri Teddi Loksin danışıb.
Sözügedən addımın atılmasına səbəb kimi Kanadanın 2013-cü ildə qeyri-qanuni olaraq Filippinə gətirilmiş zibillərin daşınmasına başlamaması göstərilib.
"Kanadadakı səfirimiz və konsullarımızın geri çağırılması ilə bağlı məktublar ötən gecə göndərildi”, - XİN rəhbəri bildirib.
Qeyd edək ki, Filippin lideri Rodriqo Duterte zibillərin daşınmayacağı halda Kanadanı müharibə ilə hədələmişdi.