Xəzər Xəbər

Amerika nüvə silahından istifadəyə hazırlaşır XƏBƏRDARLIQ

Dünya | 15:23 • 14 May 2019
Amerika nüvə silahından istifadəyə hazırlaşır

"ABŞ Avropada nüvə silahından istifadəyə hazırlaşır”.

Bunu Rusiya XİN-nin silahlanmaya nəzarət departamentinin direktoru Vladimir Yermakov deyib.

Onun sözlərinə görə, bunu köhnə qitədə Vaşinqtonun bu qəbildən silahlar yerləşdirməsi sübut edir. Yermakov ehtimal edir ki, hadisələrin ən pis variantda inkişafı qeyri-nüvə dövlətlərinin icazəsindən başlaya bilər.

"Vaşinqtondan asılı olan bir sıra ölkələr heç nə baş vermədiyi görüntüsü yaradır. Yaxud da 21-ci əsrdə Avropa ərazisində nüvə silahından istifadə hazırlğını gördüklərini bildirməkdən qorxurlar",- deyə direktor qeyd edib.

Təxminlərə görə, ABŞ Avropa ərazisində 180-a yaxın "B61" nüvə bombası yerləşdirib. Onlardan 20-si Almaniya, qalanları Belçika, İtaliya, Niderland və Türkiyədədir.

Cebhe.info

Xəbər lenti