Xəzər Xəbər

İsveç Culian Assanja qarşı cinayət işini bərpa edib

Dünya | 14:09 • 13 May 2019
İsveç Culian Assanja qarşı cinayət işini bərpa edib

İsveç prokurorluğu cinsi xarakterli cinayətlərdə ittiham edilən "WikiLeaks”in yaradıcısı Culian Assanjla bağlı cinayət işini bərpa edib.


Xezerxeber.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə baş vilayət prokurorunun müavini Yeva-Mariya Persson deyib.


O bildirib ki, cinayət işinin bağlanması ilə bağlı qərar C.Assanjın məhkəmə prosesində iştirak etməməsi ilə əlaqədar verilib. Onun sözlərinə görə, İsveç C.Asanjın ekstradisiyası ilə bağlı Britaniya hökumətinə müraciət edəcək: "Biz ümid edirik ki, Britaniya hökuməti avqustda cinayət işinin müddəti bitənə kimi ekstradisiya ilə bağlı qərar verəcək”.

Xəbər lenti