Xəzər Xəbər

İran yenidən Suriyaya neft tədarükünə başlayıb

Dünya | 21:12 • 11 May 2019
İran yenidən Suriyaya neft tədarükünə başlayıb

İranın Suriyaya neft nəqlini yenidən bərpa etdiyi bildirilir.


Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalardan sonra neft böhranı yaşayan Suriyada yanacaqdoldurma məntəqələrinin qarşısında növbələr yaranıb. Suriyanın bu böhrandan yaxa qurtarmaq üçün İrandan 1 milyon barrel xam neft aldığı bildirilir.


Qeyd edək ki, tankerlərin monitorinqini aparan şirkətlərə görə, əvvəllər İran Suriyaya ayda 1-3 milyon barrel neft göndərirdi. Lakin ABŞ-ın sanksiyalarına görə, neft daşımaları ötən ilin sonunda demək olar ki, dayanmışdı.

Xəbər lenti