Son bir ildə ABŞ-ın cənub sərhədlərini pozanların sayı iki dəfə artıb. İl ərzində milyondan çox adam belə cəhd göstərib.
Sərhəd patrul xidmətinin rəhbəri Karl Provost senatda çıxışı zamanı deyib ki, böhranı böyük resurslar ayırmaqla dayandırmaq mümkün deyil: "Sanki kranın altına vedrə tutmuşuq. Nə qədər vedrəmiz olmasının əhəmiyyəti yoxdur, əsas axının qarşısını almaq lazımdır”.
Provostu sərhədə nəzarətin itirilmə ehtimalı çox narahat edir.
Bundan əvvəl Meksikanın daxili işlər naziri Olqa Sançes Kordero bildirmişdi ki, ilin ilk kvartalında ABŞ-la sərhədi qanunsuz keçməyə çalışanların sayı təxminən 300 min nəfər olub. Həmin adamların 30 faizi yeniyetmələr imiş./Bizimyol.info