Xəzər Xəbər

Türk kəşfiyyat şefi Moskvaya gizli səfər etdi – Mənbə

Dünya | 17:13 • 26 Aprel 2019
Türk kəşfiyyat şefi Moskvaya gizli səfər etdi – Mənbə

Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan bu günlərdə Moskvaya səfər edib.

Bu barədə "RİA Novosti” məlumatlı mənbəyə istinad edib:

"Türkiyənin baş kəşfiyyat zabiti Prezident Rəcəb Tayyib Ərdoğanı lap bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqlarda müşayiət edib. Güman etmək olar ki, Hakan Fidanın Rusiya xüsusi xidmət orqanlarından olan həmkarları ilə görüşlərində hər iki prezidentin əldə etdiyi razılaşmaların konkretləşdirilməsi və həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb”.

"RİA Novosti” Hakan Fidanın Moskvaya səfərinin şərh edilməsi üçün Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosuna müraciət edib.

Ancaq büro Hakan Fidanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə görüşünə dair xəbəri təsdiqləməkdən imtina edib./teleqraf

Xəbər lenti