Xəzər Xəbər

Qəzada ölən futbolçunun atası ürəktutmadan vəfat edib

Dünya | 15:06 • 26 Aprel 2019
Qəzada ölən futbolçunun atası ürəktutmadan vəfat edib

Təyyarə qəzasında ölən argentinalı futbolçu Emiliano Salanın atası dünyasını dəyişib.


ONA-nın məlumatına görə, Orasio Sala ürəktutmadan vəfat edib.


Oğlunun ölümündən sonra üç ay yaşayan ata Sala Proqreso şəhərindəki evində keçinib.

Qeyd edək ki, yanvarın 19-da Fransa "Nant”ından İngiltərə "Kardiff”inə keçən futbolçunu aparan təyyarə yanvarın 22-də itib. E.Salanın meyiti fevralın 3-də La-Manş boğazında tapılıb.

Xəbər lenti