Çinin Henşuy şəhərində (Hebey əyaləti) "Jade Huating" şirkətinə məxsus tikinti meydanında lift qırılıb.
"Sina" informasiya portalının verdiyi məlumata görə, liftin qırılması nəticəsində azı 11 nəfər həlak olub, 2 nəfər isə ağır yaralanıb.
Məlumata əsasən, insident yerli vaxtla saat 08:00-da baş verib.
Hadisənin təfərrüatları barədə məlumat verilmir.