Xəzər Xəbər

Putin zabitləri yığıb, dünyaya mesaj ötürdü: "Sınaqlar uğurla keçir"

Dünya | 17:55 • 12 Aprel 2019
Putin zabitləri yığıb, dünyaya mesaj ötürdü:

Hazırda "Kinjal" hipersəsli kompleksləri və "Peresvet" lazer sistemləri orduya təhvil verilib

Rusiya hazırda qitələrarası ballistik raketləri olan "Sarmat"ın sınaqlarını yekunlaşdırır.

"RİA Novosti" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin yüksək rütbəli zabitlər və prokurorlarla görüşdə bildirib.

O, vurğulayıb ki, raketlərin yekun sınaqları uğurla həyata keçirilir.

Rusiya lideri bildirib ki, hazırda "Kinjal" hipersəsli kompleksləri və "Peresvet" lazer sistemləri orduya təhvil verilib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ötən ilin martın 1-də parlamentə illik müraciəti zamanı dünyada analoqu olmayan yeni silahlar barədə danışıb. Burada söhbət "Sarmat" raket sistemi, sualtı dronlar, nüvə enerjisi ilə işləyən qanadlı raket, "Kinjal" aviasiya raket sistemi və lazer silahından gedir.

Putin "Kinjal"ı analoqu olmayan silah adlandırıb: "Bu, müasir, səs sürətindən iti olan aviasiya-raket kompleksidir. O, daşıyıcı təyyarədən və raketdən ibarətdir. Təyyarə unikal texniki xarakteristikalara malikdir və bu, bir neçə dəqiqəyə raketi istənilən nöqtəyə çatdırmağa imkan verir".

Xəbər lenti