Xəzər Xəbər

Qazaxıstan Milli Bankı baza uçot dərəcəsini 3-3,5% həddində saxlamağı planlaşdırır

Dünya | 13:42 • 26 Mart 2019
Qazaxıstan Milli Bankı baza uçot dərəcəsini 3-3,5% həddində saxlamağı planlaşdırır

Qazaxıstan Milli Bankı baza uçot dərəcəsini 3-3,5% saxlamağı, inflyasiya göstəricisini isə 2022-ci ilədək 3-5% qədər azaltmağı planlaşdırır.


ONA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Milli Bankın rəsmisi Erbolat Dosayev bildirib.


Martın əvvəlində Milli Bank baza uçot dərəcəsini 9.25%-də saxlamaq qərarına gəlib. Fevral ayında illik inflyasiya isə 4.8% səviyyəsində olub.


Qeyd olunur ki, Qazaxıstan Milli Bankı baza uçot dərəcəsini 3-3.5% həddində saxlamağa çalışacaq. Çərşənbə axşamı keçirilən hökumət iclasında Dosayev deyib ki, "İnflyasiyanın müəyyənləşdirilmiş hədəf koridorundan kənara çıxması riskinin artacağı təqdirdə, pul siyasəti sıxlaşdırıla bilər”.


O, valyuta bazarının sabitliyinin təminatı ilə bağlı bildirib ki, "Qazaxıstan Milli Bankı valyuta ticarətinə müdaxilə siyasətini özündə saxlayacaq. Təngənin məzənnəsi ilə bağlı Qazaxıstan Milli Bankı gələcəkdə düzəldici müdaxilələr aparmaq hüququnu özündə saxlayır".

Xəbər lenti