Xəzər Xəbər

ABŞ kosmosa kommunikasiya peyki göndərdi

Dünya | 11:14 • 16 Mart 2019
ABŞ kosmosa kommunikasiya peyki göndərdi

ABŞ-ın Florida sitatındakı Kanaveral burnunda yerləşən kosmodromdan Delta IV raketdaşıyıcısı ilə Birləşmiş Ştatlar ordusu üçün nəzərdə tutulan kommunikasiya peyki kosmosa göndərilib.


Xezerxeber.az xəbər verir ki, raketin martın 16-da yerli vaxtla 03:26-da həyata keçirilən buraxılışı United Launch Aliance şirkəti tərəfindən canlı yayımlanıb. Delta IV raketdaşıyıcısının kosmik orbitə çatdıracağı WGS 10 peyki hərbi məqsədlər üçün daha yüksək səviyyəli rabitəni təmin edəcək.


ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin direktoru Cim Braydenstayn bundan əvvəl Dragon 2 kosmik aparatının Beynəlxalq Kosmik Stansiyaya birləşməsini kosmosa uçuşlar sahəsində yeni mərhələnin başlanğıcı adlandırıb.

Xəbər lenti