Xəzər Xəbər

Netanyahu: İsrail ancaq yəhudilərin dövlətidir

Dünya | 16:36 • 11 Mart 2019
Netanyahu:

İsraildə aprelin 9-da keçiriləcək seçkilərdən əvvəl İsrail baş naziri Binyamin Netanyahu radikal sağçı seçicilərin dəsitəyini ala bilmək üçün nitqini sərtləşdirib. 

YeniŞafak-ın verdiyi məlumata görə, Netanyahu oyunçu və model Rotem Sela ilə mübahisə edib.

Belə ki, Rotem Sela özünün şəxsi hesabından «İsrail bütün vətəndaşların ölkəsidir» deyə status paylaşıb. Buna cavab olaraq İsrailin baş nazir «İsrail milli dövlətdir, bütün vətəndaşların deyil, yalnız Yəhudi xalqının dövlətidir», - deyib.

Məlumata görə, bu iki nəfər arasında keçən dialoq İsrail gündəmində mübahisələrə səbəb olub.

Netanyahu Nazirlər Kabinetinin toplantısında da eyni fikirləri səsləndirərək deyib ki, İsraildə ərəblər də daxil olmaqla bütünvətəndaşların bərabər hüquqa malik olduğunu «Yəhudi demokratik dövlətidir».

Qeyd edək ki, Netanyahunun bu sözləri ötən il İsrail Parlamenti tərəfindən Knessetdə qəbul edilən «Yəhudi Milli Dövlət Qanunu»nu xatırladıb. Xatırladaq ki, İsrail Məclisindən 19 iyununda qəbul edilən iki fərqli vətəndaş modelini uyğun görür. Belə ki, 8 milyondan artıq əhalisi olan ölkənin 20 faizindən artığını təşkil edən ərəblər ikinci sinif vətəndaş statusuna layiq görülür.

Hazırda həyata keçirilən tədbirlər əsasında ərəb dili rəsmi dil olmaqdan çıxarılıb, ölkənin tək rəsmi dili ibranicədir. Bundan başqa yeni qanuna əsasən ölkədə ancaq yəhudilər öz müqəddəratlarını təyin edə bilərlər. Bu qanun İsrailin milyonlarla yurdundan didərgin salınmış fələstinlilərə yəhudi dövlətində rəsmi yerlərinin olmadığını bildirən mesajdır. Onsuz da İsrailin fələstinli vətəndaşları ilə "ikinci sinif vətəndaşları” kimi rəftar edirlər. Qəbul edilən bu qanun isə onların statuslarını daha da pisləşdirəcək.

Qanun Qüdsü İsrailin tam və birləşmiş paytaxtı kimi təsvir edir. Bu adlandırma həm də beynəlxalq cəmiyyət ilə Qüds və Fələstin torpaqlarının qeyri-qanuni işğalını inkar edən saysız-hesabsız BMT qərarına vurulmuş bir zərbədir. Donald Tramp rəhbərliyinin tam dəstəyini alan Netanyahu hökuməti işğalı utanmadan leqallaşdırmaq və bütün müsəlman aləmini düşmən etmək istəyir. Xatırlatmaq lazımdır ki, BMT Baş Assambleyası 21 dekabr 2017-ci ildə ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq qəbuletmə qərarını 128-ə qarşı 9 səslə rədd etmişdi. İsrail özünü beynəlxalq hüquqdan üstün hesab etdiyini bu yeni qanunla bir daha göstərdi.

Onu da vurğulayaq ki, qanunda yer alan, "bütün İsrail vətəndaşları bərabər hüquqlara malikdir" maddəsi digər maddələrlə ziddiyyət təşkil etdiyi üçün praktik məna kəsb etmir./faktxəbər

Xəbər lenti