Xəzər Xəbər

Dubay universitetlərində azad iqtisadi zonalar yaradılacaq

Dünya | 16:28 • 11 Mart 2019
Dubay universitetlərində azad iqtisadi zonalar yaradılacaq

Bu strategiya Dubayın Yer kürəsinin ən yaxşı şəhərinə çevrilməsi planının bir hissəsidir.

Dubay universitetlərinin nəzdində tələbələrin işgüzar və yaradıcı fəallığının artırılmasının təşviqi məqsədilə azad iqtisadi və kreativ zonalar yaradılacaq.

Dubayın vəliəhd şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid Al Maktum bununla əlaqədar strategiya imzalayıb. Strategiyanın məqsədi tələbələrin təhsilinə, araşdırmaların aparılmasına və maliyyələşdirilməsinə dəstək göstərilməsi və yeni nəsil müvəffəqiyyətli iş adamlarının hazırlaşdırılmasıdır.

Bu strategiya Dubayın 50 il ərzində Yer kürəsinin ən yaxşı şəhərinə çevrilməsi planının bir hissəsidir.

Bu planın reallaşması sayəsində tələbələr öz arzu və təşəbbüslərini həyata keçirə biləcək, dünya isə yeni nəsil - uğurlu lider və biznesmenlər qazanacaq.

Sözügedən strategiya "Dubai Future” fondunun digər dövlət qurumları ilə əməkdaşlığı çərçivəsində hazırlanıb.

Sənədə əsasən aparıcı beynəlxalq araşdırma institutları və universitetləri ilə əməkdaşlıq da həyata keçiriləcək.(AZƏRTAC)

Xəbər lenti