Xəzər Xəbər

Güclü külək binaların və supermarketlərin dam örtüyünü uçurdu

Dünya | 15:48 • 11 Mart 2019
Güclü külək binaların və supermarketlərin dam örtüyünü uçurdu

İngiltərədə hava şəraitinin kəskin dəyişməsi nəticəsində bir sıra problemlər yaranıb.

Güclü külək nəticəsində Kent və Vestvud Kross şəhərlərində yaşayış binalarının və supermarketlərin dam örtüyü uçub. Həmçinin bəzi yollarda ağaclar aşaraq nəqliyyatın hərəkətinə maneə yaradıb.

Natfild və Surey bölgələrində elektrik kabellərinin qırılması nəticəsində bir müddət elektrik enerjisinin verilməsi dayandırılıb.

Polis tərəfindən əhaliyə olunan çağırışda yollarda diqqətli olmaları və hər hansı bir hadisə ilə qarşılaşdıqda onlara məlumat vermələri xahiş olunub./publika.az

Xəbər lenti