Xəzər Xəbər

338 nəfərin ölümü dünya ölkələrini ayağa qaldırdı: ABŞ şirkəti boykot edilir

Dünya | 15:09 • 11 Mart 2019
338 nəfərin ölümü dünya ölkələrini ayağa qaldırdı:

Efiopiyada "Boeing 737” təyyarəsinin dəhşətli qəzaya uğraması nəticəsində 33 ölkədən 149 sərnişin və 8 ekipaj üzüvünün həlak olması digər ölkələri təşvişə salıb.

Çin, Kayman adaları və Efiopiya "Boeing 737 Max 8” tipli sərnişin təyyarəsi istifadə edən bütün hava yolları şirkətlərinə bu təyyarələr ilə təşkil edilən səfərləri ləğv etməsini tələb edib.

Ötən il oktyabr ayında İndoneziyanın paytaxtı Cakartada yenə eyni "Boeing” modeli təyyarə qəzaya uğramış, nəticədə 189 nəfərin həlak olmuşdu. Mütəxəssislər hər iki qəzanın eyni model təyyarə ilə baş verməsinə diqqət çəkir. Buna görə də qəza ilə bağlı istintaq əməliyyatlarına "Boeing” firmasının texniki heyəti də daxil olub.

Qeyd edək ki, mərkəzi ABŞ-da yerləşən "Boeing”in dünya miqyasında 6 minə yaxın təyyarəsi fəaliyyətdədir./publika.az

Xəbər lenti