"Efiopiya hava yolları"na məxsus "Boeing 737” təyyarəsinin qəzaya uğraması nəticəsində ölən sərnişinlərin 6-si Misir vətəndaşıdır.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, ümumilikdə 33 ölkənin vətəndaşı qəza nəticəsində həlak olub. Onlardan 9 nəfər Efiopiya vətəndaşıdır. Ən çox ölənlərin sayı Keniyadan (32 nəfər) və Kanadadan (18 nəfər) olub.
Qeyd edək ki, "Efiopiya hava yolları" şirkətinin təyyarəsi yerli vaxtla 8:38-də paytaxt Əddis-Əbəbə hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra idarəetməni itirərək yerə çırpılıb. Nəticədə təyyarədəki 149 sərnişinin və səkkiz ekipaj üzvünün hamısı həlak olub.