Xəzər Xəbər

Rusiya Vyetnamdan donuz əti idxalını dayandırıb

Dünya | 16:08 • 6 Mart 2019
Rusiya Vyetnamdan donuz əti idxalını dayandırıb

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Dövlət Komitəsi Vyetnamdan donuz və donuz əti idxalını müvəqqəti dayandırıb.

Trend-in məlumatına görə, bu qərar Vyetnamda bəzi fermalarda "donuzların Afrika taunu" virusunun qeydə alınması ilə əlaqədardır.

Bildirilir ki, idxal qadağası martın 5-dən başlayacaq. Qadağanın bitəcəyi tarix isə qeyd edilmir, belə ki, qərarın qeyri-müəyyən müddətə tətbiq olundudğu bildirilir.

Xəbər lenti