Xəzər Xəbər

Səudiyyə Ərəbistanı ABŞ-a ilk qadın səfirini təyin edib

Dünya | 09:02 • 24 Fevral 2019
Səudiyyə Ərəbistanı ABŞ-a ilk qadın səfirini təyin edib

Səudiyyə Ərəbistanının tarixində ilk dəfə olaraq qadın yüksək diplomatik vəzifəyə təyin olunub.


Xezerxeber.az xəbər verir ki, şahzadə Rima bint Bandar bin Sultan bin Əbdüləziz Al Səud Krallığın Amerika Birləşmiş Ştatlarındakı səfiri təyin olunub.


Səudiyyə Ərəbistanının Kralı adından çıxış edən vəliəhd şahzadə və Baş nazirin birinci müavini Məhəmməd bin Salman Al Səudun imzaladığı fərmana əsasən şahzadə Rimaya, həmçinin nazir rütbəsi verilir.


Bununla yanaşı, daha bir fərmanla vəliəhd şahzadə Məhəmməd bin Salman kiçik qardaşı şahzadə Xalidi nazir rütbəsində müdafiə nazirinin müavini təyin edib.

Xəbər lenti