Xəzər Xəbər

Məşhur müğənni tutuldu - Onu 7 il həbs gözləyir

Dünya | 09:41 • 23 Fevral 2019
Məşhur müğənni tutuldu - Onu 7 il həbs gözləyir
Amerikada 10 maddə üzrə cinsi zorakılıqda ittiham olunan məşhur müğənni R. Kelly həbs edilib.

Bu barədə Çikaqo polis idarəsinin rəsmisi Entoni Qulyelmi "Twitter"də yazıb. O, bildirib ki, müğənni bu gün məhkəmə qarşısına çıxarılacaq


Qeyd edək ki, R. Kelly yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıqda ittiham olunur. Prokurorluğun məlumatına əsasən, müğənninin 4 qurbanı olub və onlar 13 və 16 yaş arasındadır. İllinoys ştatının qanunlarına görə, bu maddə üzrə təqsirlənən şəxsin etdiyi əməl sübuta yetirilsə, onu 7 ilə qədər həbs cəzası gözləyir./azvision.az

Xəbər lenti