Xəzər Xəbər

ABŞ 200 əsgərini hələ bir müddət Suriyada saxlayacaq

Dünya | 13:38 • 22 Fevral 2019
ABŞ 200 əsgərini hələ bir müddət Suriyada saxlayacaq

Ağ ev ABŞ qoşunlarının Suriyadan çıxarılmasından sonra 200 əsgərinin "sülhü qorumaq” məqsədilə bir müddət bu ölkədə qalacağını bəyan edib.


Xezerxeber.az-ın Anadolu informasiya agentliyinə istinadən xəbər verir ki, Ağ evin mətbuat katibi Sara Sanders Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Donald Tramp arasında telefon danışığından qısa bir müddət sonra Birləşmiş Ştatların Suriyadan çəkilməsi ilə bağlı yazılı bəyanat yayıb.


Bəyanatda "təxminən 200 əsgərdən ibarət birliyin sülhü qorumaq məqsədi ilə hələ bir müddət Suriyada qalacağı” bildirilir. Sanders mövzu ilə bağlı digər məlumat verməyib.


Xatırladaq ki, dekabrın 19-da ABŞ Prezidenti Donald Tramp ABŞ qoşunlarının Suriyadan tam çıxarılması barədə göstəriş verib. ABŞ rəsmilərinin sözlərinə görə, sayı 2 minə yaxın olan amerikalı hərbçilər ölkədən 60-100 gün ərzində çıxarılmalıdır.

Xəbər lenti

Çox oxunanlar