Xəzər Xəbər

Tramp Türkiyəyə qarşı ŞOK QƏRAR İMZALADI: 2019-cu il noyabrın 1-nə kimi…

Dünya | 15:29 • 20 Fevral 2019
Tramp Türkiyəyə qarşı ŞOK QƏRAR İMZALADI:

ABŞ Prezidenti Donald Tramp 2019-cu maliyyə ili üçün paket qanunu imzaladı.

Qanuna görə, Türkiyənin Rusiyadan "S-400” zenit-raket sistemləri alacağı halda, 2019-cu il noyabrın 1-nə qədər "F-35” qırıcılarının Türkiyəyə təhvili verilməsi dayandırılacaq.

CAATSA qanunu ("Sanksiyalar vasitəsi ilə Amerika düşmənlərinə müqavimət haqqında") çərçivəsində qəbul edilən paket qanununda yer alan maddə daha öncə 2019-cu ili büdcə layihəsindən son anda çıxarılmışdı. Lakin bu maddənin dünənki son düzəlişlərdən sonra qanuna yenidən əlavə olunub.

Qanuna görə, ABŞ-ın Dövlət Departamenti və Müdafiə Nazirliyi (Pentaqon) Türkiyənin Rusiyadan almaq istədiyi "S-400”-lərlə bağlı ortaq bir hesabat hazırlayacaq. Hesabatda bu sistemlərin hansı təhdidlər yaratdığı əksini tapacaq. Hesabatın 2019-cu il noyabrın 1-nə kimi hazırlanması və o tarixə qədər "F-35”-lərin Türkiyəyə təslim edilməsinin dayandırılması tələb edilir./publika.az

Xəbər lenti