Xəzər Xəbər

Köçəryanın oğluna qarşı cinayət işi qaldırılıb

Dünya | 19:49 • 18 Fevral 2019
Köçəryanın oğluna qarşı cinayət işi qaldırılıb

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın böyük oğlu Sedraka qarşı cinayət işi qaldırılıb.


Xezerxeber.az erməni KİV-lərinə istinadla xəbər verir ki, istintaq orqanları Sedrak Köçəryana qarşı çirkli pulların yuyulması və vergidən yayınma ittihamları irəli sürüblər. Sabiq prezidentin oğlundan ölkəni tərk etməmək barədə iltizam alınıb.


S.Köçəryan, həmçinin "Konqres” mehmanxanasının özəlləşdirilməsi üzrə cinayət işinin istintaqında da ifadə verib. İstintaqa nəzarət edən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyan bildirib ki, Köçəryanın oğulları həmin obyekti 6 milyon dollar rüşvət müqabilində ələ keçiriblər.

Xəbər lenti

Çox oxunanlar