Xəzər Xəbər

Rusiya ilə Gürcüstan arasında danışıqların növbəti mərhələsi keçiriləcək

Dünya | 15:26 • 18 Fevral 2019
Rusiya ilə Gürcüstan arasında danışıqların növbəti mərhələsi keçiriləcək

Rusiya ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin normallaşmasına dair danışıqların növbəti mərhələsi fevralın 27-də keçiriləcək.


AZƏRTAC Gürcüstan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin və Gürcüstan Baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze Praqada görüşəcəklər.


Məlumat üçün qeyd edək ki, Karasin-Abaşidze formatı 6 ildir ki, davam edir. Rusiya ilə Gürcüstan arasında 2008-ci ildə diplomatik münasibətlər pozulduqdan sonra iki ölkənin diplomatlarının ilk görüşü 2012-ci ilin dekabrında baş tutub.


Altı ildir davam edən danışıqlar hələlik heç bir əsaslı müsbət nəticə verməyib.


Sonuncu dəfə diplomatlar 2018-ci ilin oktyabrında Praqada görüşüblər.

Xəbər lenti