"Alternativ variant heç də yaxşı deyil".
Amerika lideri Donald Tramp Avropa İttifaqı ölkələrini İŞİD terror qruplaşmasının 800-dən çox yaraqlısını "geri götürməy"ə və onları məhkəmə qarşısına çıxartmağa çağırıb.
O bunu "Twitter" mikrobloqunda yazıb.
"Birləşmiş Ştatlar Böyük Britaniya, Fransa, Almaniya və Avropadan olan digər müttəfiqlərindən Suriyada yaxaladığımız 800-dən çox İŞİD yaraqlısını geri götürməyi və onları məhkəmə qarşısına çıxartmağı xahiş edir", - deyə Tramp bildirib.
O əlavə edib ki, "alternativ variant heç də yaxşı deyil", yəni ABŞ onları azad etmək məcburiyyətində qalacaq.(report.az)