Xəzər Xəbər

Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan İdlibdəki vəziyyəti müzakirə edəcək

Dünya | 14:14 • 14 Fevral 2019
Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan İdlibdəki vəziyyəti müzakirə edəcək

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında bu gün keçiriləcək danışıqların gündəliyində Suriyanın İdlib əyalətindəki vəziyyət, orada terrorçuların qalmaqda davam etməsi olacaq.


Xezerxeber.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentininmətbuat katibi Dimitri Peskov bildirib.


Onun sözlərinə görə, Türkiyə, İran və Rusiya prezidentlərinin fevralın 14-də Soçidə baş tutacaq görüşündə Suriyanın konstitusiya komitəsinin formalaşdırılması, ABŞ-ın qoşunların çıxarılması barədə bəyanatından sonra bu ölkədəki vəziyyət və hələ də demilitarizasiya zonası yaratmağın mümkün olmadığı İdlib əyalətində işlərin gedişinin müzakirə ediləcəyi gözlənilir.

Xəbər lenti