Xəzər Xəbər

Pxenyan nüvə obyektlərini MAQATE-nin üzünə açmağa razılaşdı

Dünya | 17:05 • 13 Fevral 2019
Pxenyan nüvə obyektlərini MAQATE-nin üzünə açmağa razılaşdı

Koreya Xalq Demokratik Respublikası Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (MAQATE) inspektorlarını öz nüvə obyektlərinə buraxmağa razılaşıb.

Bu haqda "The Korea Times” nəşrinə istinadən "İnterfaks” agentliyi yazıb.

Cənubi Koreyadan olan mənbə nəşrə bildirib ki, bu haqda ilkin razılıq Pxenyanda ABŞ və Şimali Koreya nümayəndələrinin danışıqlarında əldə olunub. Bundan başqa, Pxenyan yoxlamalara qarışmamağa və inspektorların təhlükəsizliyini təmin etməyə zəmanət verib.

Yoxlamaların müddəti və yerləri haqqında məsələ işçi səviyyədə ABŞ və Koreya Xalq Demokratik Respublikasının sonrakı danışıqlarında həll ediləcək.

Heç bir rəsmi mənbə informasiyanı hələ təsdiq və ya təkzib etməyib./publika.az

Xəbər lenti