Xəzər Xəbər

İranda 7 mindən artıq zərərçəkənə yardım edilib

Dünya | 11:48 • 12 Fevral 2019
İranda 7 mindən artıq zərərçəkənə yardım edilib

İranda daşqın, qar və çovğun ilə əlaqədar 7 mindən çox zərərçəkənə yardım edilib.

Bunu İranın Qırmızı Aypara Cəmiyyəti Yardım və Xilasetmə Təşkilatının sədri Murtaza Səlimi Fars İnformasiya Agentliyinə açıqlamasında deyib.

M.Səliminin sözlərinə görə, yollarda qalan 697 nəfər müvəqqəti məkanlarda yerləşdirilib. O əlavə edib ki, 439 avtomobil qardan çıxarılıb, 83 mənzil təxliyə olunub.

İranın 17 vilayəti – Yəzd, Mərkəzi, Mazandaran, Lorestan, Kohgiluyə və Buyir-Əhməd, Kirmanşah, Kirman, Qəzvin, Fars, Simnan, Xuzistan, Şimali Xorasan, Çahar-Mahal və Bəxtiyari, Tehran, Buşehr, İlam, İsfahan vilayətləri ötən 3 gün ərzində daşqın, qar və çovğun ilə üzləşib. (Trend)

Xəbər lenti

Çox oxunanlar