Braziliyada məşhur jurnalist və aparıcı Rikardo Boexat aviaqəza nəticəsində dünyasını dəyişib.
Qəza San-Paulu şəhərində baş verib.
66 yaşlı aparıcı kiçik helikopterin göyərtəsində olub. Helikopter şəhərdə trass üzərində keçərkən yük avtomobilinə toxunub. Hadisə yerində yanğın başlayıb. Jurnalistlə bərabər helikopterin pilotu da həlak olub.