Xəzər Xəbər

Gəmiyə 3 yaşlı Alanın adı verildi

Dünya | 18:07 • 11 Fevral 2019
Gəmiyə 3 yaşlı Alanın adı verildi

Oğlumun sahildəki o halı unudulmazdır.

Ölümündən 4 il keçən balaca Alanın adı xilasetmə gəmisinə verilib.

Ailəsi ilə birgə köçməyə çalışarkən həyatını itirən və cansız bədəni Türkiyənin Bodrum şəhərində sahilə çıxan 3 yaşlı Alanın adı bir xilasetmə gəmisinə verilib.

Ölümündən təxminən 4 il sonra Almaniyanın Aralıq dənizində üzən "Professor Albrecht Penck" adlı xilasetmə gəmisinin adı "Alan Kurdi” olaraq dəyişdirilib.

Bu olayla bağlı İspaniya limanlarının birində tədbir təşkil edilib.

Tədbirə Alan Kurdinin atası Abdullah Kurdi və bibisi Tima Kurdi qatılıb.

Abdullah Kurdi çıxışında belə deyib:

"Almaniyanın xilasetmə gəmisinin oğlumun adını daşıyacağı üçün çox xoşbəxtəm. Oğlumun sahildəki o halı unudulmazdır. Həyat yoldaşım və oğullarımın ölümünə görə üzüldüyünüzdən sizə minnətdaram”.

AzNews.az

Xəbər lenti

Çox oxunanlar