Xəzər Xəbər

İndoneziya sahillərində güclü zəlzələ

Dünya | 11:24 • 22 Yanvar 2019
İndoneziya sahillərində güclü zəlzələ

Çərşənbə axşamı İndoneziya sahillərində 6,1 maqnituda gücündə zəlzələ baş verib.

ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların episentri Şərqi Nusa-Tenqara əlayətindəki adadan 76 km məsafədə qeydə alınıb.

Zəlzələnin ocağı yerin 31 km dərinliyində olub. Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb./publika.az

Xəbər lenti