Gürcüstanda "donuz qripi” (AH1N1) daha bir nəfərin həyatına son qoyub.
Kutaisi şəhərində 32 yaşlı qadın AH1N1 virusundan dünyasını dəyişib. Bununla da qonşu ölkədə "donuz qripi”ndən dünyasını dəyişənlərin sayı 19-a çatıb.
Bildirilir ki, həmin qadın bu yaxınlarda ana olmuşdu.
Hazırda Gürcüstanda 800-ə yaxın insan "donuz qripi” virusundan müalicə olunur.
Bundan başqa, qonşu ölkədə qızılca da yayılmaqda davam edir. Bu gün Potidə daha 9 nəfər qızılca xəstəliyi ilə əlaqədar xəstəxanaya yerləşdirilib.
Gürcüstan hökuməti bütün xəstələrin müalicəsinin xərclərini öz üzərinə götürüb./publika.az