Xəzər Xəbər

İranda 3 ton narkotik vasitə müsadirə edilib

Dünya | 16:20 • 21 Yanvar 2019
İranda 3 ton narkotik vasitə müsadirə edilib

İranın Sistan-Bəllucistan bölgəsində keçirilən əməliyyatın nəticəsində 1 ton 297 kiloqram narkotik vasitə müsadirə edilib.


AZƏRTAC bölgənin sərhəd xidmətinin komandiri Səid Kamaliyə istinadla xəbər verir ki, narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan silahlı cinayətkar dəstələr "ağ ölümü” Əfqanistandan İrana və Avropaya daşımağa cəhd edirlər. Bu istiqamətdə aparılan mübarizədə sərhədçilər polis orqanları ilə yaxından əməkdaşlıq edir.


Onun sözlərinə görə, ötən həftə keçirilən birgə əməliyyat nəticəsində isə 49 kiloqram morfin, 27 kiloqram heroin, 359 kiloqram ekstazi və 3 ton tiryək ələ keçirilib.


Komandir bildirib ki, əvvəllərdə Əfqanistandan İrana narkotik vasitələrin qanunsuz yollarla keçirilməsi halları olub. Lakin 2001-ci ildə ABŞ qoşunlarının Əfqanistana daxil olmasından sonra narkotik vasitələrinin qaçaqmalçılığı artıb. Bu, onu deməyə əsas verir ki, Əfqanistanda xaş-xaş əkin sahələri və heroin istehsalı artıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar