Xəzər Xəbər

Ukraynada azərbaycanlı prezidentliyə namizədliyini verib

Dünya | 09:27 • 17 Yanvar 2019
Ukraynada azərbaycanlı prezidentliyə namizədliyini verib

Ukraynanın Fiskal Xidmətinin sabiq rəisi, əslən azərbaycanlı Roman Nəsirov prezidentliyə namizədlik üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.


Xezerxeber.az xəbər verir ki, bu barədə MSK-nın mətbuat xidməti məlumat yayıb.


MSK beş gün müddətinə R.Nəsirovun müraciətinə baxacaq.


Qeyd edək ki, Ukraynada seçki kampaniyasına dekabrın 31-dən başlanılıb. Prezident seçkiləri martın 31-də keçiriləcək. Mərkəzi Seçki Komissiyası artıq 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar