2018-ci il 1800-cü ildən bəri İtaliyada qeydə alınan ən isti il olub.
Xezerxeber.az xəbər verir ki, bu barədə Milli Tədqiqat Şurasının (CNR) Atmosfer və İqlim Elmləri üzrə (ISAC) İnstitutu tərəfindən dərc edilən məlumatda bildirilir.
"Qeydə alınan rəqəmlər kəskin iqlim dəyişikliyi ilə üzləşdiyimizdən xəbər verir. İtaliyada qeydə alınan yüksək temperatur dünya üzrə orta göstəricidən xeyli çoxdur”, – deyə Milli Tədqiqat Şurasının Atmosfer və İqlim Elmləri üzrə İnstitutun məlumatlar bazasının rəhbəri Mikele Brunetti açıqlama verib.