Xəzər Xəbər

Cim Kerri Camal Kaşıkçının öldürülməsi ilə bağlı KARİKATURA yayımladı

Dünya | 12:16 • 11 Yanvar 2019
Cim Kerri Camal Kaşıkçının öldürülməsi ilə bağlı KARİKATURA yayımladı

ABŞ-lı komediya ustası Cim Kerri sosial mediada böyük mübahisələrə səbəb olacaq bir paylaşıb edib. 

O, İstanbulda Səudiyyə Ərəbistanının Baş konsulluğunda öldürülən Camal Kaşıkçının (Xaşuqi) öldürülməsi ilə əlaqədar Tvitter hesabında bir karikatura yayımlayıb.

«Keçən il 34 jurnalist öldürüldü. Tramp kimi zorba insanlara görə. Bəlkə bu il dostu Səudiyyə Ovçusundan yeni bir sümük mişarı alacaq və bir sonrakı bədəni birlikdə kəsəcəklər…», - deyə o, bidirilib.

Qeyd edək ki, Mərkəzi Nyu-York olan Jurnalistlərin Hüquqlarının Müdafiəsi komitəsinin hesabatına görə, 1 yanvar və 14 dekabr tarixləri arasında dünyada öldürülən 53 jurnalistdən 34-nün cinayətə qurban gedib./faktxəbər

Xəbər lenti

Çox oxunanlar